Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində axtarış aparılır.
AzPost “Ukrayinskaya Pravda” istinadən bildirir ki, məlumata görə, axtarışlar 28 noyabr səhəri başlayıb.
İstintaqda Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun ən azı on əməkdaşı iştirak edir.
NABU və SAP Yermakın mənzilində axtarış aparılmasını təsdiqləyib.