Ukrayna lideri Vladimir Zelenskinin “qələbə planı” cəbhədəki real hadisələrə uyğun gəlmir.
Azpost.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Zelenski sülh danışıqları üçün daha çox şüarlara bənzəyən fərqli formatlar, fərqli planlar təklif edir. Bu təkliflər bugünkü reallıqla uzlaşmır”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, əvvəllər münaqişənin həlli Qərb ölkələrindən asılı idi, indi isə ABŞ və xüsusilə avropalılar sülhə Zelenskinin özündən də çox çalışırlar.
Azpost.info