Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Zeytun alarkən nələrə diqqət edilməlidir?

Orkhan Ali 24 Noyabr 2025 - 15:03 (Last updated: 24 Noyabr 2025 - 14:56)
Günəbaxan

Günəbaxan

Türkiyənin Edremit Peşə Yüksək Məktəbinin Zeytunçuluq bölməsinin dosenti, zeytun üzrə mütəxəssis Mücahit Kıvrak sofralıq zeytun alarkən diqqət edilməli əsas məqamları açıqlayıb. AzPost xəbər verir ki, onun sözlərinə görə, zeytunun keyfiyyəti istehsal olunduğu bölgə, emal və saxlanma prosesi ilə sıx bağlıdır. Buna görə də alış zamanı həm məhsulun görünüşünə, həm də qablaşdırma üzərindəki məlumatlara diqqət yetirmək vacibdir.

Kıvrak sərt və bərkiyən qabıqlı zeytunun gəmirildikdə ağızda asan parçalanmalı olduğunu bildirir. Uzman deyir ki, meyvənin tumundan ətin tamamilə ayrılması keyfiyyət göstəricisidir. Tum rənginin qəhvəyi olması da normal hesab olunur. Həmçinin çox duzlu zeytunların üst-üstə yeyildikdə boğazda yanma hissi yaratdığını, buna görə duzluluq səviyyəsinin də mülayim olmasının məqsədəuyğun olduğunu qeyd edib.

Uzman, paketlənmiş məhsul alarkən etiketdə istehsal və son istifadə tarixi, qida dəyərləri və emal üsullarının göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şişmiş və qabarmış paketlər mütləq şəkildə alınmamalıdır:

“Bu hal zeytunu xarab edən mikroorqanizmlərin çoxaldığını və məhsulun lazımi emal mərhələsindən keçmədiyini göstərir. Teneke və şüşə qablarda olan məhsullarda pasterizə və ya sterilizasiya məlumatı mütləq göstərilməlidir.”

Kıvrak həmçinin şəffaf plastik və ya şüşə qablaşdırılmış zeytunlarda salamura suyunun duru və zeytunların ölçülərinin bir-birinə uyğun olmasının keyfiyyət göstəricisi olduğunu bildirib. Açıq satılan məhsullarda isə çeşid və şirkət adının yazılması istehlakçı üçün vacib təminat sayılır.

Mütəxəssis əlavə edib: “Zeytun nə qədər az duzlu olsa, o qədər yaxşıdır, lakin saxlama müddəti qısalır. Təbii və az duzlu zeytunlarda sap dibində ağ ləkə ola bilər. Bu su ilə yuyulduqda çıxır və zərərsizdir. Hər zeytun növü fərqlidir, bu səbəbdən tumların da fərqli görünməsi istehlakçını çaşdırmamalıdır.”

AzPost.az

Post navigation

Previous: 62 minlik dələduzluqla həbs edilən qadın
Next: Türkiyədə bir şəhərin yarıdan çoxunun yoluxduğu xəstəlik

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair...
Read more about Media və Yayım Şurası açıqlama yaydı
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL pensiya esas
  • Baş Yazı

Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL

User 13 Noyabr 2026 - 12:32
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
Azərbaycan və Britaniya strateji tərəfdaş oldu – London Bakıda nə axtarır? / TƏHLİL britaniya azeri esas foto
  • Baş Yazı

Azərbaycan və Britaniya strateji tərəfdaş oldu – London Bakıda nə axtarır? / TƏHLİL

User 13 Noyabr 2026 - 12:04
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.