Zibillikdən 3000 il yaşı olan mumiya tapıldı –FOTO

Mumiya
Mumiya

Peruda zibilliyin altından 3000 illik yaşı olan mumiya tapılıb.

AzPost BBC News-a istinadən bildirir ki, mumiyanı San-Markos Universitetinin arxeoloqları üzə çıxarıb.

Mumiyaya baxış keçirilməzdən əvvəl qazıntı yerindən təxminən 7 ton zibili təmizələmli olublar. Mumiya qarğıdalı, koka yarpaqları və toxumları ilə basdırılıb. Bu da çox guman ki, ritualın atributları ola bilər.

Arxeoloq Miguel Aguilar mumiyanın Mançay mədəniyyətinə aid olduğunu bildirib. Onun nümayəndələri eramızdan əvvəl 1500-1000-ci illərdə müasir Limanın yaxınlığında yaşayıblar. Onlar doğan günəşə baxan U formalı məbədlər tikiblər. Bu məbədlərin birində mumiya tapılıb. Arxeoloqlar hesab edirlər ki, məbədin tikintisinin son mərhələsində bir adam qurban olaraq verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.