“Zibilliyə atılmalı filmlər…” –Tarantino qəzəbləndi

Amerikalı məşhur kinorejissor, prodüser Kventin Tarantino Brüs Uillis ilə çəkilmiş son filmlərin tənqidindən qəzəblənib.

Son bir neçə həftə ərzində Tarantinonun söylədikləri böyük maraqla qarşılanıb. Bu rejissor etiraf edib ki, bir rejissor kimi heç də son film remeyklərinin üstünlüyündən məmnun deyil, məhz elə buna görə də o, iki hissəli elmi-fantastik epopeya “Duna” və “Şoqun” seriallarına baxmayıb. Lakin rejissor qeyd edib ki, “Joker 2”-ni lap çox bəyənib; xüsusilə də filmin rejissoru Todd Fillipsin hər kəsi – tamaşaçıları və komiks həvəskarlarını, hətta studiya rəhbərlərini necə ayağına gətirməsi.

Tarantino deyib ki, film çəkmək yeni gün, yeni gün isə vəhylərin yeni gələn hissəsi deməkdir.

Məhşur Hollivud rejissoru, ssenarist, həm də prodüser kimi tanınan, filmləri dünya şöhrəti qazanmış Kventin Tarantino Brüs Uillisin müdafiəsinə qalxmağı özünə borc bilib. Tarantino aktyorun sonsuz qaranlıq filmlər axınına görə yerli-yersiz bu qədər tənqid olunmasından çox qəzəblənib.

Rejissor həmçinin aktyorun tezliklə şəfa tapıb sağalmasını arzu edib.

Kventin Tarantino aktyoru müdafiə edib və onun barəsində öz fikirlərini bölüşüb: “Brüs Uillis hətta belə adi filmlərdə belə təəssürat yaradır. Məncə, onun cazibəsi hətta orada da işləyir. Bəli, tam dialoqlu səhnə yoxdur – onun hər bir sətirindən sonra isə kəsim var. Amma hər şey yaxşı görünür. O, aldatmır, əslində oynayır. Bu mübahisə doğurmayan mövzudur. Mən beş-altı filmə baxmışam və onları izləmək çox asandır. Çox da əyləncəlidi. Ancaq bu filmlərdə müasir klassiklər yoxdur. Çünki belə filmləri zibil adlandıran, tənqid edən insanlar həqiqətən də əsl zibil istehsalını görməyiblər. “Cənnətə xoş gəldiniz” filmi əladır! Bu filmdə Brüs bir milyon dollara bənzəyir. Orada əla görünür və tamamilə təsvirə mükəmməl şəkildə uyğun gəlir. Və onun aktyor kimi bundan artıq hərəkətə keçməsi, ifrata varması ayıb olardı. Mən yenə də bu fikirdəyəm ki, Hollivudun ən məşhur aktyorlarından biri kimi peşəkar və istedadlı olan Brüs Uillis həqiqətən də bənzərsiz, çox yaxşıdır”.

Oqtay Qorçu

Əvvəlki məqalə

“İnsanlar niyə yavaş böyüyür?” sualının cavabı tapıldı –

Sonrakı məqalə

Abxaziya prezidenti istefa verib