Zidan “Real”ı tərk etdi

27 May 2021 - 09:56

Madridin “Real” futbol klubunun baş məşqçi Zinəddin Zidan növbəti mövsümdən İspaniya klubunu çalışdırmayacaq.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.

Xatırladaq ki, Z.Zidan ikinci dəfə “Real”ın sükanı arxasına 2019-cu ildə qayıdıb.

O, “Real”a İspaniya çempionluğunu və İspaniya Superkubokunu qazandırıb.

Qeyd edək ki, Madrid klubu 2020-2021-ci il mövsümünü gümüş medalla başa vurub.