Zinəddin Zidanın oğlu Mərakeş klubunda oynayacaq

25 Sentyabr 2020 - 15:26

Məşhur futbolçu, “Real” Madrid Klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu öz karyerasını Mərakeşdə davam etdirəcək.

Azpost.info bildirir ki, bu barədə əfsanəvi brazilyalı futbolçu Roberto Karlos məlumat verib.

25 yaşlı Enso Zidan Kasabalankanın “Vidad” klubunda çıxış edəcək.

Bu ilin fevralında Enso Zidan İspaniyanın “Almeriya” klubunda 4 oyun keçirib.