AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq –Filmin Azərbaycan dilinə dublyajına başlanılıb

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verdiyi məlumata görə , TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.

Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.

Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.

Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub.

“Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Tramp dünyanı xaosa aparır” –

Sonrakı məqalə

Zinəddin Zidanın oğlu Mərakeş klubunda oynayacaq