“Zirə” “Araz-Naxçıvan”a məğlub olub

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Günün yeganə oyununda “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.

Bu nəticədən sonra “Zirə” 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. “Araz-Naxçıvan” isə 35 xalla səkkizinci yerə yüksəlib.

Turun əvvəlki oyunlarında “Sabah” “Səbail”i 2:0, “Kəpəz” “Qəbələ”ni 1:0, “Neftçi” “Turan Tovuz”u 3:0, “Sumqayıt” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.