Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan təmsilçisi “Zirə” Moldova “Şerif”i ilə bu dəfə Bakıda qarşılaşb. “Dalğa Arena”da keçiriləcək matç saat 20:00-da başlayıb. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edib.
Sözügedən komandalar arasındakı ilk görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
20:00. “Zirə” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:2 (Penaltilər – 4:5)
Qol: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)
Qırmızı vərəqə: Salifu Suma, 40 (“Zirə”)
Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan)
“Dalğa Arena”
İlk oyun – 1:0