“Zirə” Avropa Liqasında mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan təmsilçisi “Zirə” Moldova “Şerif”i ilə bu dəfə Bakıda qarşılaşb. “Dalğa Arena”da keçiriləcək matç saat 20:00-da başlayıb. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Sözügedən komandalar arasındakı ilk görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. “Zirə” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:2 (Penaltilər – 4:5)

Qol: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)

Qırmızı vərəqə: Salifu Suma, 40 (“Zirə”)

Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan)

“Dalğa Arena”

İlk oyun – 1:0

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.