“Zirə” ilə oynayacaq “Osiyek”in erməni futbolçusu Bakıya gəlməyəcək

Xorvatiyanın “Osiyek” klubunun mərkəz müdafiəçisi olan erməni futbolçu Styopa Mkrtçyan Bakıya gəlməyəcək.

Azpost.info bildirir ki, “Osiyek” avqustun 15-də UEFA Konfrnas Liqası çərçivəsində “Zirə” ilə oynayacaq.

Bu əcaib qərar  “Osiyek” klubunun  rəhbərliyi tərəfindən guya təhlükəsizliklə bağlı narahatlıqlara əsaslanaraq qəbul edilib. Bu barədə idman jurnalisti Suren Meliksetyan məlumat verib.

Qeyd edək ki, qarşılaşma avqustun 15-də “Dalğa Arena”da keçiriləcək. Oyun saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.

Bu görüş UEFA Konfrans Liqasının seçmə mərhələsinin “Zirə” ilə cavab oyunudur.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.