Ziya Bünyadov prospektində sürət həddi 70-ə endirildi

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu tədbirlər çərçivəsində bu gündən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

Qeyd olunan yolda hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.