Ziya Bunyadov prospektində iki mağaza və anbar yanıb

Bakının Nərimanov rayonu Ziya Bunyadov prospektində iki mağaza və anbar yanıb, xəsarət alan yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

Qeyd edib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, tikinti materiallarıın saxlanıldığı obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri, ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində tikinti məhsulları satılan 240 kvadratmetrlik iki mağaza və mağazanın arxasındakı 200 kvadeatmetrlik anbar yanıb.

Nazirlik rəsmisi qeyd edib ki, digər obyektlər yanğından mühafizə olunub və yanmayan mağazalardakı əşyalar nazirlik əməkdaşları tərəfindən təhlükəsiz əraziyə daşınıb.

“Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır, əlavə məlumat veriləcək”, rəis müavini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.