Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Ziya Məmmədov 100 milyonu havaya sovurdu…”-

User 20 Noyabr 2025 - 16:12 (Last updated: 20 Noyabr 2025 - 16:12)
osman gunduz
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti 
Doğru qərar dövləti qoruyur, səhv qərar isə milyonları yeyir, sistemi çökdürür və ya tıxaca salır.
Ötən gün Cloudflare-də yaranan qlobal problem nəticəsində ölkədə 9 minə yaxın milli resurs çöksə də, dövlət sektorunun – XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir saniyə belə dayanmadığını təqdirəlayiq addım kimi qeyd etmişdim.
Nə qədər qəribə olsa da, bəziləri, hətta intellektinə şübhə etmədiklərim də bunun “adi hadisə” olduğunu, sadəcə “Cloudflare-dən istifadə etmirlər” deyə bəsit yanaşma sərgilədilər.
Bu barədə fikir bildirsəm də, məhz Azərbaycan üçün önəmli olduğuna görə, gələcəkdə ibrət götürülməsi baxımından da məsələnin mahiyyətinə bir daha diqqət yönəltmək istəyirəm.
Məsələnin mahiyyəti iki nümunədə açıq görünür:
1. XRİTDX nümunəsi – milli təhlükəsizliyi seçən doğru qərar
İllər öncə Cloudflare rəsmiləri ölkəmizdə müştəri toplayarkən, ucuz və şirnikləndirici təkliflərlə çıxış edirdilər. Xeyli kritik qurumlarla müqavilələr də bağlamışdılar və indi çökən saytlardan bu açıq-aşkar görsənir.
XRİTDX və təhlükəsizliyə cavabdeh digər dövlət strukturları isə bu təkliflərə uymadı, separat sövdələşməyə getmədi, milli təhlükəsizlik risklərini nəzərə aldı və lokal təhlükəsizlik sistemlərinə üstünlük verdilər.
Bu sistemi illər ərzində təkmilləşdirərək dayanıqlı infrastruktura çevirdilər.
Nəticə?
Qlobal böhranda belə ölkənin kritik infrastrukturu ayaqda qaldı.
2. Nəqliyyat Nazirliyinin nümunəsi – yanlış qərarın milyonluq fəsadı
2008-ci ildə Koreyanın SK C&C” şirkətinin rəsmiləri ölkəmizdə başqa bir təkliflə, “intellektual nəqliyyat sistemi” qurmaq təklifilə o zamankı nazir Ziya Məmmədovla danışıqlar aparmışdı.
Nazir həmin şirkətlə xarici həllin Azərbaycana gətirilib tətbiqi üçün 100 milyon dollarlıq müqavilə imzaladı. 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verildi.
Lakin elə ilk günlərdən sistem işləmədi və özünü doğrultmadı. Yeniləmək istədikdə isə məlum oldu ki, həmin xarici şirkət proqram təminatının ilkin kodlarını Azərbaycana verməyib. İlkin kodlar üçün daha böyük vəsaitlər tələb edildi. Güman ki hökumət də bu vəsaitləri verməkdən imtina etdi.
Nəticə isə hamıya bəllidir:
Havaya sovrulan milyonlar, iflas etmiş dövlət layihəsi, qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirməyən “intellektual nəqliyyat sistemi” və gündəlik həyatımızn bir parçası olan tıxaclar.
Bu gün həmin 100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb.
Yeri gəlmişkən, hələ də Ziya müəllimdən bunun hesabatının tələb edildiyini xatırlamıram.

AzPost.az

Post navigation

Previous: Gələn il pensiyalarda artımın məbləği açıqlandı
Next: Prezident hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Münasibətlərdə ayrılıq, adətən, qəfil baş vermir. Çox vaxt bu, zamanla toplanan kiçik səhvlərin və vərdişlərin nəticəsi olur....
Read more about Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
Prezident və birinci xanım Zəngilanda zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.