Züqanov Rusiyanı tərk edən yüksək ixtisaslı mütəxəssislərin sayını açıqladı

“Ölkəni tərk etmiş yüksək ixtisaslı mütəxəssisləri Rusiyaya qaytarmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.

Onun sözlərinə görə, bu, bütün qitələrdə hökm sürən rusofobiya şəraitində xüsusilə vacibdir.

“Müxtəlif vaxtlarda ölkəni tərk etməyə məcbur olmuş 1 milyon 200 min yüksək ixtisaslı mütəxəssisin xaricdən qayıtması üçün təcili tədbirlər görmək lazımdır. Bu gün rusofobiyanın bütün qitələrdə artdığı bir vaxtda bu əməliyyat ağrısız olacaq. Elmi-tədqiqat institutlarımızda və müəssisələrimizdə ən son texnologiyalara yiyələnmiş, dünya təcrübəsini bilən böyük mütəxəssislərin olması üçün hər şeyi etmək olar”, – Züqanov deyib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Duması xarici agent kimi tanınan şəxslərin seçkilərdə iştirakını qadağan etdi

Sonrakı məqalə

“Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymağa hazırdır”