Oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Gürcüstan prezidenti Salome Zurabişvili və bütün müxalifət prokurorluqda ifadə verməli və faktları təqdim etməlidir.
Azpost.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, əks halda onların yalan danışdıqları üzə çıxacaq.
“Əgər kimin hər hansı sübutu varsa, onu müvafiq dövlət qurumlarına təqdim etməlidir. Baxırsan ki, onlar bir dənə də olsun dəlil-sübut təqdim etməyiblər. İndi prokurorluğa gedib sübut təqdim etməli olacaqlar. Getməsələr, bu, onların seçkilərlə bağlı yalan bəyanatlar verdiklərinin sübutu olacaq”, – Kobixadze deyib.
Hökumət başçısı Zurabişvilini prokurorluğa ifadə verməyə və seçki saxtakarlığı ilə bağlı şifahi açıqlamalar verməməyə çağırıb: “İstər Salome Zurabişvili, istərsə də başqası, əllərində konkret sübutlar varsa, onu prokurorluğa, aidiyyatı qurumlara təqdim etsinlər, olmayan bir şey haqqında şifahi danışmağı dayandırsınlar”.
Azpost.info