Zurabişvili yerli seçkilərdə iştirakdan imtina etdi

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili yerli seçkilərlə bağlı mövqeyini açıqlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, keçirdiyi brifinqdə nə seçkilərdə iştirakı, nə də onların boykot edilməsini dəstəklədiyini bildirib.

Eks-prezident yerli seçkilərin baş tutmayacağına əmin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu birlik və etirazdır.

S.Zurabişvili deyib ki, müqavimət platforması gücləndiriməli və keçid hökuməti formalaşdırılmalıdır.

Qeyd edək ki, Gürcüstanın bəzi müxalif birlikləri S.Zurabişvilinin Tbilisi meri vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etmişdi.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-də keçiriləcək. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.