Zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan hələ də xəbər yoxdur –XİN

Türkiyənin zəlzələ bölgəsindən hələ də xəbər alına bilməyən vətəndaş sayımız 2 nəfərdir.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Ayxan Hacızadə bildirib ki, bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.

Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.