Ələsgər Məmmədli bu gün Milli Məclisə dəvət olunub –"Media haqqında" qanun onunla müzakirə olunacaq

Media qanunvericiliyi üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli “Media haqqında” qanun layihəsinin hüquqi aspektləri üzrə məsləhətləşmələrin davam etdirilməsi üçün parlamentə dəvət edilib.

Azpost.info bildirir ki, bu dəvət dünən Milli Məclisin təşəbbüsü ilə Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı edilib.

Məsləhətləşmələr bu gün keçiriləcək.

Qeyd edək ki, dünən Milli Məclisin təşəbbüsü ilə Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Qanun layihəsi dekabrın 10-da parlamentə təqdim olunub və iki oxunuşda qəbul edilib.

Müzakirələrdə jurnalistlər, media ekspertləri, MEDİA, Milli Televiziya və Radio Şurasının rəhbərləri, parlament komitələrinin rəhbərləri Əli Hüseynli, Zahid Oruc və digərləri olmaqla 20-ə yaxın adam iştirak edib.

Qanun layihəsinin müxtəlif aspektləri, o cümlədən onun Konstitusiyaya, beynəlxalq qanunvericiliyə uyğunluğu, KİV-in lisenziyalaşdırılması, vahid reyestr, jurnalist vəsiqələri və başqa məsələlər nəzərdən keçirilib.

Dəvət edən tərəf cəmiyyət və dövlət üçün daha mükəmməl və məqbul qanunun qəbul edilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir