Ələt-Astara dəmiryolu xəttinin bərpası müzakirə mərhələsindədir –Dünya Bankı

“Ələt-Astara dəmiryolu xəttinin bərpası erkən müzakirələr mərhələsindədir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

“Hazırda Ələt-Astara dəmiryolu xəttinin bərpası çərçivəsində tələb olunacaq texniki tədqiqatların və qiymətləndirmələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti və bu layihədə maraqlı olan digər tərəflərlə müzakirələrin çox erkən mərhələsindəyik”, – deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəldə Dünya Bankı və “Azərbaycan Dəmir Yolları” QSC arasında bankın bu layihədə iştirakı müzakirə olunub. Hazırda “Şimal-Cənub” layihəsinin bir hissəsi olan Ələt-Astara dəmiryolu xəttinin bərpa işləri davam edir.

Xatırladaq ki, dəmiryolu xəttinin tikintisi ilə bağlı olaraq dəmiryolun keçəcəyi ərazilərdə əhalidən və bələdiyyələrdən torpaqlar satın alınacaq. Bununla bağlı Nazirlər Kabineti xüsusi qərar imzalayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir