“Qərbin normal əməkdaşlıqdan və Rusiyanın enerji resurslarından imtinası milyonlarla avropalının rifahına zərbə vurub. Onlar artıq bu zərbəni hiss ediblər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıqdan imtina son aylarda inflyasiyanın artdığı ABŞ-ın rifahına da təsir edib.
Putin onu da bildirib ki, Rusiya daxili bazarda neft, qaz və kömür istehlakını artıra və dünyanın digər regionlarına tədarükü genişləndirə bilər.
Azpost.info