Ərdoğan AKP-nin yüksək vəzifəli şəxsləri ilə zəlzələ bölgəsinə gəlib- FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş ərazilərdə vəziyyətlə tanış olmaq üçün Kahramanmaraşa gəlib.

Azpost.info xəbər verir ki, Ərdoğan görülən işlər barədə ilk olaraq Kahramanmaraş hava limanında daxili işlər naziri Süleyman Soylu və digər rəsmilərdən məlumat alıb.

Prezident Ərdoğan AFAD-ın “Onikişubat Stadionu”nda qurduğu çadır şəhərciyində və zəlzələ bölgəsində olacaq.

Ərdoğanla yanaşı, AKP-nin sədr müavini Binəli Yıldırım, Numan Kurtulmuş, Prezident Aparatının Kommunikasiyalar üzrə müdiri Fahrettin Altun və prezidentin sözçüsü İbrahim Kalın da fəlakət bölgəsinə gəlib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.