Ərdoğan İrandakı səfirliyimizə hücumu pislədi –"Türkiyə qardaşının yanındadır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.

Bu barədə Türkiyə lideri “Twitter“də bildirib.

“Azərbaycanın Tehran səfirliyinə edilən, təhlükəsizlik əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılarımıza təcili şəfalar diləyirəm.

Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, – Türkiyə Prezidenti vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.