Ərdoğan Qərb liderlərini Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin liderlərini “taxıl sazişi”nin bərpası üçün  Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb.

Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ərdoğan Ukrayna taxılının tədarükünə və dünya ərzaq qiymətlərinin aşağı salınmasına imkan verən sövdələşməni bərpası üçün  üçün bu addımı atmağa çağırıb.

Sazişlə bağlı danışıqların gedişatından məlumatlı olan mənbələrin dediyinə görə, Ərdoğan bunun üçün Hindistanda sammit çərçivəsində keçirdiyi qapalı görüşlərdə dövlət başçılarına öz təklifini açıqlayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.