Ərdoğan və Putin danışdı –Prezidentlər nəyi müzakirə edib?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.  Görüşdə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesləri müzakirə edilib.

Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması və bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayan prezident Ərdoğan, Türkiyənin bu prosesdə hər cür töhfə verməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan və Rusiya prezidenti Putin Rusiya və Ukrayna danışıqlar qruplarının növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.