Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib –

-FOTO
21 İyun 2021 - 14:14

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.

AzNews.az xəbər verir ki, toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.

Toplantıda “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Xalid Qarayev və Mahirə Əmirhüseynova onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.