Ərdoğan:

“Türkiyədə COVID-19-la bağlı mübarizə tədbirləri 200 milyard lirə təşkil edir”
28 Aprel 2020 - 17:27

“Türkiyədə COVID-19-la bağlı mübarizə tədbirləri 200 milyard lirə təşkil edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) videokonfrans vasitəsilə toplantısından öncə verdiyi acıqlamada bildirib.

R.T.Ərdoğan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ölkə vətəndaşlarının dövlətə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.