Elektrik smart kartların yükləməsinin yeni üsulu təklif olunacaq

May ayının sonunadək “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektrik sayğacların smart kartlarının balansını artırmaq mümkün olacaq. Bunu “APA-Economics”ə ASC-dən deyiblər.

ASC-dən bildirilib ki, abonentlər bu əməliyyatları smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər.

“Cihazlar artıq sifariş olunub və may ayının 12-dək ölkəyə gətiriləcək. Daha sonra xidmət sınaqdan keçirilərək istifadəçilərin ixtiyarına veriləcək. Satışa çıxarılacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq”, – deyə “Azərişıq”dan qeyd ediblər.

ASC-dən əlavə olaraq bildirilib ki, yeni xidmət yalnız istismarda olan 300 min ədəd “PoudRaad” şirkətinin sayğaclarının smart kartlarına şamil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Penitensiar Xidmət:

Sonrakı məqalə

Ərdoğan: