Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb –

Zəngəzurdakı vəziyyət müzakirə ediləcək
22 Noyabr 2021 - 10:51

Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

“TRT Haber”in məlumatına görə, iclasda ölkənin daxili və xarici siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək. Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Həmçinin Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət məruzə olunacaq.

Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.