Ərdoğan Putinə zəng vurdu, İdlib müzakirə edildi –

Vəziyyət ciddidir, iki prezident görüşmək istəyir
28 Fevral 2020 - 16:38

Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Putinlə Ərdoğan arasında telefon danışığı olub.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi davam etdirilib. İdlibdə türk hərbiçiləri də daxil olmaqla çoxsaylı qurbanlara səbəb olmuş vəziyyətin gərginləşməsindən ciddi narahatlıq ifadə olunub.

Rusiya və Türkiyə Müdafiə Nazirliklərinin koordinasiya işinin effektivliyinin artırılmasının vacibliyi qeyd olunub.

Putin və Ərdoğan 2018-19-cu illərdə əldə edilmiş rus-türk razılaşmalarının vəziyyətini müzakirə ediblər. Hər iki tərəf vəziyyətin normallaşdırılması əlavə tədbirlərin həyata keçilirlməsinin zəruriliyini vurğulayıblar.

Yaxın zamanlarda yüksək səviyyədə görüşün keçirilməsi üçün müvafiq idarələr arasında məsələhətləşmlərin fəallaşdırmaq razılaşdırılıb.