Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Mayın 26-da Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.

Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir. “Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, – deyə açıqlamada qeyd olunub.

Əvvəlki məqalə

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlamağı planlaşdırır –

Sonrakı məqalə

Sloveniyada meymunçiçəyinə iki yoluxma faktı təsdiqlənib