“Əclaflar cavab verməlidirlər!”- Duma ölkədən gedən rusları əmlaksız qoymaq istəyir

“Dövlət Duması ölkəni tərk etmiş rusların əmlakının müsadirə edilməsi məsələsini öyrənir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Əmlakın müsadirəsi ilə bağlı tədbirlər deyəndə, qanunu pozan əclaflardan, zərər vuranlardan danışırıq. Və onlar buna görə cavab verməlidirlər”, – Volodin deyib.

Duma sədri qeyd edib ki, onlar digər cəza növlərindən anlamırlar: “Çünki gəlir var, ölkə onları dolandırır”.

Volodin Rusiyanı tərk edənlərin, nasizmin, ekstremizmin reabilitasiyasına açıq dəstək verənlərin, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salanların əmlakının müsadirə edilməsinə tərəfdardır. Dumanın vitse-spikeri Anna Kuznetsova da yetim uşaqların mənzillə təmin olunması probleminin həlli üçün Rusiyanı tərk etmiş vətəndaşların əmlakından istifadə etməyi təklif edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın olimpiya çempionu həbs edildi

Sonrakı məqalə

Belarus ölkədən gedən vətəndaşlarını geri çağırır