Belarus ölkədən gedən vətəndaşlarını geri çağırır- Xüsusi komissiya yaradılır

Belarusda xaricə getmiş, lakin indi vətənə qayıtmaq istəyən vətəndaşlarla iş üzrə idarələrarası komissiya yaradılır.

Azpost.info xəbər verir ki, bu barədə Belarusun Baş prokuroru Andrey Şved bildirib.

“Əsas qərar qəbul edilib. Baş prokurorun rəhbərlik edəcəyi idarələrarası komissiya yaradılacaq, xaricdə olub vətənə qayıtmaq arzusunda olanlar, amma hansısa səbəbdən qorxanların məhkəməyə müraciət etmək imkanı olacaq. Belarusda vəziyyət tamamilə idarəolunan və sakitdir. Hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək”, – Şved qeyd edib.

Komissiyaya ictimaiyyət nümayəndələri, deputatlar, məmurlar daxil olacaq.

Eyni zamanda, Baş prokuror Belarusun konstitusiya quruluşuna qəsd edən hər kəsin qanun qarşısında cavab verəcəyini vurğulayıb. “Ölkəmizin konstitusiya quruluşuna qəsd edən hər kəs qanun qarşısında cavab verəcək. Bizim mövqeyimiz dəyişməzdir”.

Azpost.info

Əvvəlki məqalə

“Əclaflar cavab verməlidirlər!”

Sonrakı məqalə

Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb