Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları açıqlandı

Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi isə avstriyalı yazıçı Peter Handke olub.

Qeyd edək ki, ötən il Nobel Komitəsində yaşanan qalmaqal üzündən bir neçə jüri üzvü istefa verib, nəticədə Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir