Əfqan Muxtarlı vəkili ilə görüşüb

Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun 27-də vəkili Nemət Kərimli ilə görüşüb.

16 saylı cəzaçəkmə müəssisəsində baş tutan görüşdə jurnalist telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasından şikayətlənib.

Bu barədə Azadlıq Radiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlı deyib ki, anası və qardaşlarından başqa heç bir qohumunun, dostlarının onunla görüşməsinə imkan verilmir. Jurnalist bildirib ki, həyat yoldaşı və anasıgildən başqa heç kimə, hətta vəkilinə də zəng eləməyinə qadağa var.

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva mediaya bildirmişdi ki, bir dostunun poçt vasitəsiləəssisəyə göndərdiyi pulu ona vermirlər. Əfqan bugün dedi ki, məsələ ictimailəşəndən sonra pul ona verilib”, vəkil bildirib.

Penitensiar Xidmətdən isə Əfqan Muxtarlının telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə şikayətlərinin əsassız olduğu bildirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Əfqan Muxtarlı da daxil, heç bir məhkumun vəkillə telefonla danışmaq və ya görüşmək hüququ məhdudlaşdırılmır:

“İstər adını çəkdiyiniz şəxsə, istərsə də digər məhkumlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada telefon danışıqları imkanı yaradılır. Xüsusən də vəkillərlə ünsiyyət məsələsində heç bir problem yoxdur və ola da bilməz. Qanun məhkuma yaxın qohumlar və digər şəxslərlə görüş hüququ verir. Amma qaydalara görə, digər şəxslərlə görüş müəssisə rəhbərliyinin icazəsilə olur. Əgər görüşə gələn şəxs məhkumun islah olunmasına, davranışına, əhval-ruhiyyəsinə müsbət təsir göstərirsə, bu halda, əlbəttə ki, o görüşə icazə verilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL niyə ziyanla işləyir?  – Dövlət Şirkəti aydınlıq gətirmir

Sonrakı məqalə

Taliban sözçüsü: “ABŞ-la razılığın əldə olunmasına çox yaxınıq”