Taliban sözçüsü: “ABŞ-la razılığın əldə olunmasına çox yaxınıq”

Taliban ABŞ-la razılığın əldə olunmasına çox yaxın olduğunu bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Talibanın Dohadakı siyasi mərkəzinin sözçüsü Suheyl Şahin deyib.

“Ümid edirik ki, müsəlman, azadlıq istəyən xalqımız üçün tezliklə xoş xəbərlərimiz olacaq”, deyə o bildirib. Müzakirələrlə bağlı məlumatlı olan iki mənbə danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Kabilə qısamüddətli səfərinin gözlənildiyini və prezident Əşrəf Qani ilə görüşəcəyini bildirib.

Əfqanıstan yüksək çinli təhlükəsizlik rəsmisi Taliban və ABŞ rəsmilərinin 14 aydan 24 ayadək müddətdə amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Taliban və ABŞ arasında danışıqların 9-cu mərhələsi ötən həftə Dohada başlayıb. Əlavə edək ki, hazırda Əfqanıstanda 14000-lik ABŞ ordusu var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqan Muxtarlı vəkili ilə görüşüb

Sonrakı məqalə

Məhərrəm ayı nə vaxt başlayır? –