Əfqanıstanda tuneldəki partlayışda ölənlərin sayı 100-ü keçib

Dekabrın 18-də Əfqanıstanın Pərvan vilayətinin Salanq aşırımındakı tuneldə baş verən partlayış zamanı ölənlərin sayı 100-ü keçib, azı 120 nəfər yaralanıb.

TASS  xəbər verir ki, bu barədə əfqan qəzeti “Hasht e Subh” məlumat yayıb.

Hadisə benzin daşıyan yük maşınının tuneldə partlaması nəticəsində baş verib.

Partlayışın terror aktı oldması istisna edilmir.

Əvvəlki məqalə

İlon Mask Tviterin rəhbəri vəzifəsindən gedir –

Sonrakı məqalə

DYP Bakıda azyaşlı bacıların öldüyü qəza ilə bağlı müraciət edib