“Əfqanıstandan qaçqın qəbul edə bilmərik” –Özbəkistan ABŞ-ın xahişini rədd edib

Özbəkistan iyulun 22-də bildirib ki, minlərlə əfqana öz ərazisində sığınacaq verməsinə dair ABŞ-ın xahişinin hüquqi əsası yoxdur.

Birləşmiş Ştatlar onlara ABŞ vizaları verilənədək minlərlə əfqana sığınacaq vermələrini Özbəkistan və Tacikistandan xahiş etmişdi.

Bəzi məlumatlara görə dövlət katibi Entoni Blinken iyulun 1-də Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla (solda) əfqan qaçqınlar məsələsini müzakirə etmək üçün görüşmüşdü

Söhbət Əfqanıstandakı ABŞ qüvvələrinə ilk növbədə tərcüməçi, sürücü və başqa qismdə kömək edən etnik əfqanlardan gedir.

Reuters yazır ki, ABŞ qoşunları Əfqanıstanı tam tərk etdikdən sonra bu adamlar Taliban təhlükəsi ilə üzləşə bilərlər.

Bloomberg-in məlumata görə Vaşinqton Özbəkistan, Qazaxıstan və Tacikistandan Taliban hədəsi altında olan 9 min əfqana müvəqqəti sığınacaq verilməsini xahiş etmişdi.

Son həftələrdə Əfqanıstandakı təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşir.

Beynəlxalq qüvvələr bu ölkəni tərk etdikcə islamçı Taliban təşkilatının döyüşçüləri böyük əraziləri ələ keçirirlər.

Qazaxıstan və Tacikistan indiyədək ABŞ-ın ricasını şərh etməkdən boyun qaçırırlar.

Bu barədə ilk dəfə açıq danışan Özbəkistan prezidneti Şavkat Mirziyoyevin Əfqanıstan üzrə xüsusi elçisi İsmatilla Erqaşev olub.

O Kun.uz saytına verdiyi müsahibədə bunu “çox ciddi və həssas məsələ” adlandırıb.

Səfir bildirib ki, Özbəkistan belə məsələlərdə dərhal qərar qəbul edə bilməz.

Erqaşev deyib ki, Özbəkistan qaçqınların statusuna dair 1951-ci il Konvensiyasını imzalamayıb.

Ölkənin öz qanunları arasında isə qaçqınlarla bağlı halları tənzimləyən qanunvericilik aktı yoxdur:

“Buna görə də xarici və daxili faktorları nəzərə alsaq, Əfqanıstan vətəndaşlarına bizim ərazimizdə sığınacaq verilməsi üçün hüquqi və praktik əsas yoxdur”.

Səfir bunu da əlavə edib ki, Taliban liderləri belə əfqanlara qarşı mərhəmətli olacaqlarını vəd ediblər.

Erqaşev deyib ki, əvəzində Daşkənd BMT-nin Qaçqlınlar üzrə Kommissarlığına Özbəkistan-Əfqanıstan sərhədində nümayəndəlik açmağı təklif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” –

Sonrakı məqalə

Bakıda yaşayış binasında yanğın olub –