“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” –Almaniya kansleri Merkel

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyi ilə razılaşma şərçivəsində Suriyadan daha çox qaçqın qəbul etməsini tərifləyib və qeyd edib ki, Ankara ilə yaxın əlaqələrin tərəfdarıdır.

Reütersin məlumatına görə, Angela bunu iyulun 22-də keçirdiyi mətbuat konfransında bəyan edib: “Türkiyə Suriya qaçqınlarına yardım məsələsində möhtəşəm iş görür.Miqrant məsələsi ilə bağlı Türkiyə ilə razılaşmanın davam etdirilməsini istərdim. Bu insanların xeyrinədir”

Amma Merkel qeyd edib ki, Türkiyəni Avropa Birliyinə üzvlüyünü gözləmir. O, həmçinin qeyd edib ki, Kipr problemi ilə bağlı Türkiyə ilə Yunanıstan arasında yaranmış son fikir ayrılıqları vəziyyəti daha da çətinləşdirib və bunun aradan qaldırılması üçün səbr lazımdır.

“Bu bir uğursuzluq idi, amma ruhdan düşməməliyik” , deyə o vurğulayıb.

Qeyd edək ki,Yunanıstanla Kipr Avropa Birliyinin üzvləridirlər. Türkiyə bu birliyin üzvü olmasa da NATO ittifaqında Yunanıstanla üzv ölkələrdirlər. Son vaxtlar Aralıq dənizindəki adalar və təbii ehtiyatlar üstündə Ankara ilə Afina arasında ciddi fikir ayrılıqları yaranıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin koronavirusun mənşəyinin öyrənilməsinə dair xahişi rədd edib

Sonrakı məqalə

“Əfqanıstandan qaçqın qəbul edə bilmərik” –