Əfv Komissiyası 500-dən çox müraciətə baxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.

O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb.

Komissiyanın növbəti iclası mayın 23-də keçiriləcək.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Komissiyanın bundan əvvəlki iclaslarında 400-dən artıq müraciətə baxılıb.

Əvvəlki məqalə

Bayden Finlandiya və İsveç liderləri ilə görüşüb

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi