“Əks-hücum əməliyyatı istədiyimiz qədər sürətli getmir”- Ukraynalı general

“Əks-hücum bizim istədiyimiz qədər sürətli getmir”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sirski bildirib.

General əks-hücum zamanı sürətli nəticələr əldə etməyin mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, şərqdə və cənubda ərazi minalarla və müdafiə maneələri ilə doludur və rus qoşunlarının çoxlu dayaq məntəqələri var: “Biz çox sürətli nəticələr əldə etmək istərdik, lakin bu, faktiki olaraq qeyri-mümkündür. Bununla belə, əminəm ki, Ukraynanın bir açıq üstünlüyü var. O da hərbi rəhbərlik arasında birlik və əsgərlərin bir-birinə inamı”.

Azpost.info

Əvvəlki məqalə

Daxili İşlər Nazirliyi vakansiya elan edib

Sonrakı məqalə

QMİ sədrinə yeni müavin təyin olunub, 3 qazının fəaliyyətinə xitam verilib