“Əl-Qaidə”nin yeni liderinin adı- AÇIQLANDI (FOTO)

Saif əl-Adel “Əl-Qaidə” terror təşkilatının yeni lideri olub.

Azpost.info xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyalar üzrə komitəsinin hesabatında bildirilir.

Məlumata görə, Saif əl-Adel Misir vətəndaşıdır, 62 yaşı var və hazırda İrandadır.

Bundan əvvə təşkilatın lideri Ayman əl-Zəvahiri idi. O, 2022-ci il avqustun 2-də ABŞ tərəfindən zərərsizləşdirilmişdi.

Azpost.info

Əvvəlki məqalə

Aİ-də Rusiyanın aktivlərinin Ukraynaya verilməsi üzrə işçi qrupu yaradıldı

Sonrakı məqalə

Rəssamlıq Akademiyasının yeni rektoru kimdir? –