Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib

Qaradağ Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, İsfəndiyar Mehbalıyevin vəzifədən azad edilməsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkəni, deputat Səttar Mehbalıyevin oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan-Azərbaycan sərhədinin SSRİ çərçivəsində demarkasiyası vacibdir” –

Sonrakı məqalə

Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılıb –