“Ermənistan-Azərbaycan sərhədinin SSRİ çərçivəsində demarkasiyası vacibdir” –ABŞ dövlət katibinin köməkçisi

“Ermənistan-Azərbaycan sərhədinin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir”.

Azpost.info bildirir ki, Bu barədə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib.

Rikerin sözlərinə görə, bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır. “Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq”, – o qeyd edib.

Riker deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir. O deyib ki, ABŞ həmçinin bu səyləri Minsk Qrupunun digər üzvləri – Rusiya və Fransa ilə birlikdə davam etdirmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Slovakiyalı futbolçu Marek Hamşik Türkiyə klubunda oynayacaq

Sonrakı məqalə

Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib