Əli Hüseynli Milli Məclis və Rusiya Federal Məclisi parlamentlərarası komissiyasının həmsədri seçilib

Milli Məclisin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının tərkibi və həmsədri müəyyənləşib.

APA-nın məlumatına görə, Milli Məclisin sədrinin birinci-müavini Əli Hüseynli komissiyanın həmsədri seçilib.

Komissiyanın tərkibinə isə millət vəkilləri Ağalar Vəliyev, Eldar İbrahimov, Sadiq Qurbanov, Mixail Zabelin, İsa Həbibbəyli, Nəsib Məhəməliyev, Elman Məmmədov, Mahir Abbaszadə, Cəbi Quliyev, Azər Badamov, Malik Həsənov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Nizami Səfərov, Elnur Allahverdiyev daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda pandemiya qurbanlarının sayı 6 minə çatır

Sonrakı məqalə

Gəncədə xüsusi karantin rejimini pozan 11 nəfər həbs olunub