Əli İnsanov Heydər Əliyevin yubileyinə qatılacaq, məzarı ziyarət edəcək –"Kənarda qala bilmərəm"

Əli İnsanov
Əli İnsanov
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyası mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ümumilli liderin Fəxdi Xiyabandakı məzarını ziyarət etmək barədə qərar qəbul edib. 
Azpost.info bildirir ki, bu barədə Əli İnsanov HƏP-in İdarə Heyətinin iclasında çıxışı zamanı bəyan edib.
Əli İnsanov deyib ki, 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur: “Xalqımızın bənzərsiz lideri, bütün dünyanın qəbul etdiyi 20-ci əsrin nadir siyasi xadimlərindən biri, bugünkü suveren Azərbaycan dövlətinin qurucusu, Haqq Ədalət carçısı olan Heydər Əliyevin 100 illik yubileyini xalqımız böyük coşqu və təntənə ilə keçirməyə hazırlaşır”-deyə HƏP sədri vurğulayıb.
Əli İnsanov bu tarixi hadisə ilə bağlı Haqq Ədalət Partiyasının şəhər və rayon təşkilatlarından partiyanın Mərkəzi Qərargahına saysız-hesabsız təkliflər gəldiyini vurğulayıb və qeyd edib ki, Haqq Ədalət Partiyası bu tədbirlərdən kənarda qala bilməz.
Partiyanın İdarə Heyətinin qərarı ilə cari ilin may ayının 9-da, saat 12:00 – da İdarə Heyətinin üzvləri tam tərkibdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.