Əli İnsanov sabiq deputatı müavinlikdən və partiyadan çıxardı

Milli Məclisin sabiq deputatı Zəminə Dünyamalıyeva Haqq-Ədalət Partiyasından xaric edilib. 
Azpost.info bildirir ki, bu barədə HƏP-in yaydığı açıqlamada məlumat verilib.
Məlumatda deyilir ki, Z.Dünyamalıyeva sədrin müavini postundan və İdarə Heyətindən azad edilməsi təklifi rəhbərlik tərəfindən müsbət qarşılanıb.
“HƏP-in sədr müavini Zəminə Dünyamalıyeva son 5 ay ərzində Partiyanın heç bir tədbirinə qatıla bilməyib. Bunun səbəbi kimi bir müddət səhhətində yaranan problemlər və sonra da ailə işləri ilə məşğul olduğuna görə partiyada görəcəyi işləri icra edə bilməməsi olub. Son dəfə ilin sonuna qədər xaricdə olacağını söyləyib. Zəminə Dünyamalıyevanın partiya işləri ilə məşğul olmaq imkanlarının olmaldığını nəzə alaraq sədr müavini, İdarə Heyəti üzvü vəzifələrindən azad olunması və partiya sıralarından xaric edilməsi səs çoxluğu ilə qəbul olunub”-deyə HƏP-in yaydığı məlumatda vurğulanıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Manat ucuzlaşır…Heç olmasa abrına qısılıb susmaq lazımdır” –

Sonrakı məqalə

Zakir Həsənov ordu rəhbərliyini topladı –