Əməkdar artist Zilli Namazov vəfat edib

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

Bu barədə APA-ya aktyor Kazım Abdullayev məlumat verib. O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976 ildən “Azərbaycanfilm”də aktyor-rejissor kimi çalışıb.
Allah rəhmət eləsin.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir