“Əməkdaşlığı dərinləşdirməliyik!”- Çin lideri Rusiya ilə bağlı hədəfləri açıqladı

“Çinin ali rəhbərliyi Çin və Rusiyanın hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlıdır”.

Azpost.info xəbər verir ki, bunu Pekində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə görüşündə Çin sədri Si Cinpin deyib.

“Ümid edirəm ki, Çin Kommunist Partiyası və “Vahid Rusiya” partiyası şəxslərlərarası əlaqələri dərinləşdirəcək, dövlət idarəçiliyində təcrübə mübadiləsi aparacaq, strateji əlaqələri inkişaf etdirəcək, hakim partiyalar arasında çoxtərəfli beynəlxalq əməkdaşlığı təşviq edəcək”, – Si Cinpin qeyd edib.

Onun sözlərinə görə, Çin və Rusiyanın hakim partiyaları iki ölkə arasında etimadın möhkəmlənməsinə töhfə verir.

Çin lideri həmçinin ümid etdiyini bildirib ki, tərəflər tərəfdaşlığı dərinləşdirmək üçün öz müdrikliklərindən və güclərindən istifadə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-nın rəhbəri Astanada keçirilən Asiya Media Forumunda iştirak edir

Sonrakı məqalə

Vasif Talıbovun səlahiyyətləri bu şəxsə həvalə olundu